"Sabah"dan ayrıldı - Rusiya klubuna keçir

"Sabah"dan ayrıldı - Rusiya klubuna keçir
İDMAN
19:57 30.06.2026
323
"Sabah” müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Rusiyanın "Sport Express" nəşri isə Noqeyranın "Rostov" klubuna keçəcəyini yazıb.

Noqeyra 2024-cü ildən "Sabah”ın uğurları üçün çalışırdı. O, komandada 62 oyun keçirib, 4 qol vurub. Noqeyra "Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. 
OXŞAR XƏBƏRLƏR