Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir

Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
SOSİAL
14:19 15.07.2026
305
İyulun 16-dan etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

AZXEBER.COM xəbər verir ki, dəyişiklik marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkətinə şamil olunacaq.

Yeni hərəkət sxeminə əsasən, M8 marşrutu Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin kənar yolu istiqamətində hərəkət edəcək.

Bundan sonra avtobus marşrutu mövcud hərəkət sxemi üzrə yoluna davam edəcək.

Sərnişinlərə səfərlərini planlaşdırarkən bu dəyişikliyi nəzərə almaları tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR