"Sabah" "Borussiya" ilə oyunu səbirsizliklə gözləyir.
Bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis komandada ab-havanın yüksək olduğunu söyləyib:
"Rəqib komandanın son iki oyunda qol vura bilməməsi bizim üçün xoş xəbər deyil. Çünki onlar bizimlə matçda fərqlənməyə köklənəcəklər. "Borussiya" Almaniyanın ən güclü klublarından biridir. Onlar topla çox yaxşı rəftar edirlər. Belə komandaya qarşı çıxış etmək çox çətindir. Rəqib komandanın futbolçuları çox sürətlidirlər. Bu görüşü səbirsizliklə gözləyirik".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
///report///











































