“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda
İDMAN
19:19 19.06.2026
218
"Sabah" müdafiəçi Andrey Santosu icarəyə verib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan çempionu braziliyalı futbolçunu Gürcüstana göndərib.

Santos qonşu ölkənin "İberiya" klubuna yollanıb. 21 yaşlı mərkəz müdafiəçisi Gürcüstan çempionatında mövsüm başa çatana kimi Tbilisi klubunun formasını geyinəcək.

Qeyd edək ki, Andrey Santos 2025-ci ilin yayından "Sabah"da çıxış edir. Gənc futbolçu Masazır təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
OXŞAR XƏBƏRLƏR