"Sabah"ın rəqibləri bəlli oldu

"Sabah"ın rəqibləri bəlli oldu
İDMAN
16:21 17.06.2026
484
"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

AZXEBER.COM məlumatına görə, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, "Flora" (Tallin, Estoniya) - "İberiya" (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR