Sabirabad rayonunda itkin düşən qadının meyiti tapılıb.
Ötən gün Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindən keçən su kanalında qadın meyiti tapılıb.Məlum olub ki, bu dekabrın 12-də itkin düşmüş rayonun Qalaqayın kənd sakini Şövkət Balakişiyevadır.Tibbi ekspertiza zamanı qadının üzərində hər hansı bir zorakılıq əlaməti müəyyən olunmayıb.Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.