Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HADİSƏ
20:57 25.04.2025
191
Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayon sakini Səbuhi Hacıyev idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən, yolu keçmək istəyən Sabirabad sakini – 1976-cı il təvəllüdlü Ruhiyyə Əliyevanı vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR