Şabranda meşədə azan 3 gənc xilas edildi

Şabranda meşədə azan 3 gənc xilas edildi
SOSİAL
12:25 26.01.2020
4270

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndi yaxınlığında, meşəlik ərazidə 3 nəfərin azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZXEBER.COM FHN-ə istinadən bildirir ki, dərhal qurumun Şimal Regional Mərkəzinin və Dövlət Yanğın Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Yusifli Natiq Namiq oğlu, 1994-cü il təvəllüdlü Tərlanov Tərxan Fazil oğlu və 1994-cü il təvəllüdlü Məmmədli Şəms Şamil qızı mürəkkəb relyefli çətin keçilən ərazidən tapılaraq xilas olunub və aidiyyəti üzrə təhvil veriliblər.

OXŞAR XƏBƏRLƏR