Katarakt

Sabunçuda evdən oğurluq edənlər saxlanıldı

KRİMİNAL
16:05 13.05.2021
201
Sabunçuda evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər ələ keçib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həmidov və F.Müzəffərov saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR