Şadlıq evində hazırlanan yeməklərdən nə tapıldı?

Şadlıq evində hazırlanan yeməklərdən nə tapıldı?
Bütün Xəbərlər
20:29 21.09.2012
1786
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64/3 ünvanında fəaliyyət göstərən “Arzu-A” MMC-yə məxsus “Arzu” şadlıq evində nöqsanlar aşkarlanıb. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, şadlıq sarayında istehlakçılara təqdim olunan məhsulların normativ sənədlərə uyğunluğunu, keyfiyyət və təhlükəsizliyini müəyyən etmək məqsədilə dövlət nəzarəti həyata keçirilib.
Şadlıq evində aparılılan araşdırma zamanı müəyyən olunub ki, müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Kulinar məmulatlar qeyri-peşəkar aşbazlar tərəfindən resepturalar və kalkulyasiya olmadan hazırlanır. Bundan başqa şadlıq evinin anbarında məhsulların saxlanma rejiminə riayət olunmur və anbar psixrometrlə təmin olunmayıb.
“Arzu” şadlıq evindən seçilən məhsul nümunələrindən “mimoza” salatının Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi göstərib ki, məhsul “mezofil aerob” və “fakultativ-anaerob” mikroorqanizmlərin aşkar edilməsinə görə normativ sənəd ГОСТ 30390-95 standartının tələbinə uyğun deyil. Faktla bağlı inzibati qaydada protokol tərtib edilib. Müəssisədə araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR