Şadlıq sarayının admnistratoru keçmiş işçisi tərəfindən bıçaqlandı

KRİMİNAL
15:52 07.10.2013
1345

Admnistrator əvəllər şadlıq sarayında operator köməkçisi olan şəxsə qadınlara sataşdığı üçün xəbərdarlıq edib.

 Biləsuvar rayonunda şadlıq saraylarından birinin qarşısında bıçaqlanma baş verib. 

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Biləsuvar rayon sakini 31 yaşlı Xosuyev Elçin Səxavət oğlu adminstrator kimi çalışdığı sadlıq sarayında 18 yaşlı həmyerlisi Kənana Asəf oğlu Mailzadə tərəfindən bıçaqlanıb. Zərərçəkənin yaxınlarının sözlərinə görə, hadisəni törədən Kənan bir müddət əvvəl şadlıq sarayında o zaman operator kimi çalışan Elçinin köməkçisi işləyib. Lakin işdən çıxdıqdan sonra Kənan Mailzadənin yenidən şadılıq evində peyda olması Elçinlə onun arasında mübahisyə səbəb olub Zərərçəkən şəxsin atası Səxavət Xosuyevin sözlərinə görə, o şadlıq sarayında keçirilən toya dəvət edilməməsinə baxmayaraq, gələn qadınlara,qızlara sataşıb. "Oğlum adminstratr olduğuna görə ona xəbərdarlıq edib. Kənan isə oğlumu "sən kimsən, işinin dalınca get" deyə təhqir edərək bıçaqlayıb".  Keçmiş köməkçisi tərəfindən iki bıçaq xəsarəti alan Elçin Xosuyev Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyə əməliyyat keçirilən xəstənin həyatını həkimlər xilas edə bilib. Hazırda onun durumu orta ağır qiymətləndirilir. Qeyd edək ki, mövcud hadisə baş verməmişdən bir gün əvvəl zərərçəkən Elçin Xosuyev Kənanın onu öldürəcəyi ilə bağlı hədələməsi haqında polisə ərizə ilə müraciət edib.  Artıq hadisəni törədən pols tərəfindən saxlanılıb. Əvvəl də dələduzluq maddəsi ilə məhkumluq həyatı yaşayan Kənan Mailzadə barəsində cinayət məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR