Şagirdlərin diqqətinə!

Şagirdlərin diqqətinə!
Bütün Xəbərlər
11:50 25.05.2012
1186
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanlarında üzürlü səbəbdən iştirak etməyən şagirdlər üçün buraxılış imtahanının gününü müəyyənləşdirib.APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, belə şagirdlər iyulun 8-də imtahan verəcəklər.M. Abbaszadə deyib ki, ilk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək. İyunun 2-də ümumtəhsil məktəblərinin XI siniflərində şagirdlərin imtahan verməsi üçün 53, iyunun 3-də IX sinif şagirdlərinin imtahan verməsi üçün 68 imtahan binası ayrılıb. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin, iyunun 3-də isə 34277 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR