"Şahdəniz”dən bu günə kimi nə qədər neft və qaz hasil etmişik? - Rəqəmlər açıqlandı

"Şahdəniz”dən bu günə kimi nə qədər neft və qaz hasil etmişik? - Rəqəmlər açıqlandı
İQTİSADİYYAT
13:04 14.04.2025
753
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək burada 655,2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476,8 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, AÇG-dən 605,6 milyon ton neft, 233,2 milyard kubmetr qaz, "Şahdəniz”dən isə 49,6 milyon tona yaxın kondensat, 243,6 milyard kubmetr qaz çıxarılıb.

Məlumata görə, qeyd olunan yataqlardan istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək təqribən 653,2 milyon ton neft və 174,8 milyard kubmetr qaz ixraca nəql edilib.

Qeyd olunur ki, 2025-ci ilin 1-ci rübü ərzində, operativ məlumatlara əsasən respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu AÇG-nin, 1 milyon tonu (kondensat) "Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) "Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.

"Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə "Abşeron” yatağının payına düşüb”, - hesabatda qeyd olunur.

Hesabata əsasən, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri AÇG-nin, 6,8 milyard kubmetri "Şahdəniz”in, 0,4 milyard kubmetri "Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

"Hesabat dövründə xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib. Bundan 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana satılıb”, - məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
16:34 28.10.2026
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
225 nömrəli məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
16:34 28.10.2026
225 nömrəli məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
16:17 28.10.2026
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
16:16 28.10.2026
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
16:15 28.10.2026
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
16:13 28.10.2026
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
16:08 28.10.2026
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…