Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir

Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
SOSİAL
12:59 15.07.2026
263
Sumqayıtda yerləşən "Levent 2” yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "Baku TV”yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməsi onun övladlarının psixologiyasına mənfi təsir edəcək: "Burada obyektin ərazisi 500 kvadrat metrdən çoxdur. Hər gün yüzlərlə insan gələcək, minimum 300-400 adam olacaq. Bir ana olaraq bundan narahatam. Sahibkar artıq parkinq yerindən şəxsi lift də istifadəyə verib”. 

Digər sakin Şirinbəyim Əhmədova isə mərasim evi açıldıqdan sonra heç bir halda sakitliyə riayət edilməyəcəyini deyir: "Bütün günü arvadlar ağlayacaq, molla başlayacaq. Bizə burada sakitlik yoxdur. Bir tərəfdə stadiona futbola gələcəklər, bir tərəfdə bulvara turistlər gəlir, ortada isə mərasim evi...” 

Obyekt sahibi Namiq Dövlətov sakinlərin narazılığına cavab olaraq bildirib ki, məclis baş tutan zaman heç bir ağlaşma olmayacaq: "Problem yoxdur, ağlaşma olmayacaq, izolyasiya olunub. Bura məclis evidir, elə bir şey yoxdur ki, kimsə gəlib ağlasın, qışqırsın. Mən icazə vermirəm ki, kimsə ağlasın. Biri öləndə hüznlü olmaq lazımdır. Lift isə binanın parklanma hissəsində deyil, birinci mərtəbədən ikiyə çıxmaq üçündür. Bütün qurumlardan icazə almışıq”. 

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, yaşayış kompleksi Dövlət Mənzil Fonduna aid deyil: "Bu, özəl tikinti çərçivəsində inşa olunmuş çoxmənzilli yaşayış binasıdır. Belə yaşayış komplekslərində ümumi əmlakın idarə olunması və istifadəsi ilə bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin ümumi yığıncağının, habelə idarəedici qurumların qərarı vasitəsilə tənzimlənir”. 

Daha ətraflı videomaterialda: 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
12:59 15.07.2026
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
12:53 15.07.2026
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
12:42 15.07.2026
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
12:15 15.07.2026
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
12:14 15.07.2026
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?