“Şakro Molodoy”un dəstə üzvləri saxlanıldı

“Şakro Molodoy”un dəstə üzvləri saxlanıldı
SOSİAL
10:23 25.08.2016
2821
Rusiyada “kriminal general” Zaxari Kalaşovun (Şakro Molodoy) dəstə üzvləri saxlanılıb.
Bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur. Məlumata görə, nazirliyin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən cinayətkar qruplaşmanın 5 üzvü ələ keçirilib. Saxlanılanlar arasında dəstənin lideri də var.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, kriminal dəstənin üzvləri “qanuni oğru” Kalaşovun adından fəaliyyət göstərərək sahibkardan 10 milyon rubl mənibsəyiblər. Faktla əlaqədar cinayət işi başladılıb.
Cinayətkar qruplaşmanın şəxsi mühafizə təşkilatı şəklində fəaliyyət göstərdiyi bildirilir. Bu isə onun üzvlərinə sərbəst formada silah gəzdirmək üçün imkan verib. Məhz odlu silahlar vasitəsilə qruplaşma üzvləri sahibkarlara təzyiq göstəriblər.
Nazirlikdən verilən məlumata görə, dəstənin lideri üzvləri xüsusi diqqətlə seçib. Qruplaşmanın demək olar ki, bütün üzvləri Moskva və onun ətrafı ərazilərdəndir. Onlar üçün idman trenajorları və döyüş zalı olan məkan təchiz edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şübhəlilər xüsusi amansızlıqla fəaliyyət göstəriblər. Bir sıra hallarda onlar zərərçəkmişlərə dəmir dəyənəklər vasitəsilə zərbə endiriblər. Bu dəyənəklər də axtarış zamanı ələ keçirilib.
Bundan əlavə,saxlanılan şəxslərdən döyüş silahları, həmçinin sənədlər və audio yazılar da ələ keçirilib. Bu materiallar onların qanunsuz fəaliyyətini təsdiq edir.
Hazırda Daxili İşlər Nazirliyi saxlanılanlar tərəfindən törədilən cinayət işlərinin dəqiq sayını müəyyən edir.
Xatırladaq ki, Zaxari Kalaşov cari il iyulun 13-də həbs olunub. O, sahibkardan pul mənimsəməkdə ittiham edilib.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır