Sağlam arıqlamağın yolları - Bunları etmək zərərlidir…

Sağlam arıqlamağın yolları - Bunları etmək zərərlidir…
SAĞLAMLIQ
14:37 30.04.2026
346
Kilo vermək üçün çox az yemək və ya ac qalmaq doğru üsul deyil. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, diyetoloq Banu Doğanlar bildirir ki, arıqlamaq üçün əsas olan bədəni tam ac buraxmaq yox, sadəcə lazım olduğundan bir az az yeməkdir.

Ac qalmaq arıqlatmır, əksinə çətinləşdirir

Uzun müddət ac qalmaq orqanizmi "qənaət rejiminə” salır. Bu zaman maddələr mübadiləsi yavaşlayır və bədən daha az enerji sərf edir. Nəticədə insan daha çox acır və sonradan çox yeməyə meyilli olur.

Kiçik səhvlər də təsir edir

Gün ərzində çay və qəhvə yanında atışdırmaq, az su içmək, hərəkətsizlik və porsiyalara diqqət etməmək kilo verməyi çətinləşdirir.

Niyə tez acırıq?

Əsas səbəb yanlış qidalanmadır. Zülal və lif az olanda, qanda şəkər tez-tez qalxıb enir və insan tez acır. Stress, yuxusuzluq və yemək yeməmək da bu hissi artırır.

Çox sərt pəhriz təhlükəlidir

Çox aşağı kalorili diyetlər qısa müddətdə çəki azaltsa da, sonradan kilo yenidən qayıda bilər. Bundan başqa yorğunluq, halsızlıq və həzm problemləri də yarada bilər.

Sağlam arıqlama necə olur?

Hər yeməkdə zülal (ət, yumurta və s.), lif (tərəvəz, meyvə) və sağlam yağlar olmalıdır. Gün ərzində kifayət qədər su içmək də vacibdir.

Şahanə
OXŞAR XƏBƏRLƏR