Yay aylarında bu içkidən uzaq durun – Sağlamlığa ciddi zərər verə bilər

Yay aylarında bu içkidən uzaq durun – Sağlamlığa ciddi zərər verə bilər
SAĞLAMLIQ
12:34 26.05.2026
367
Mütəxəssislər son vaxtlar enerji içkilərinin həddindən artıq istifadəsinin sağlamlıq üçün təhlükəli olduğunu bildirirlər.
 
AZXEBER.COM xəbər verir ki, həkimlərin sözlərinə görə, bu içkilərin tərkibində yüksək miqdarda şəkər və kofein olması ürək-damar sistemi üçün ciddi risk yaradır.

Qeyd olunur ki, enerji içkilərinin tez-tez qəbulu yüksək təzyiq, ürək döyüntüsünün artması, yuxusuzluq və əsəb gərginliyinə səbəb ola bilər. Xüsusilə yeniyetmələr və xroniki xəstəlikdən əziyyət çəkən şəxslərə bu içkilərdən uzaq durmaq tövsiyə edilir.

Mütəxəssislər bildirirlər ki, bəzi hallarda enerji içkiləri diqqət pozğunluğu, halsızlıq və psixoloji gərginlik də yarada bilər. Həkimlər susuzluğu yatırmaq üçün enerji içkiləri əvəzinə su və təbii içkilərə üstünlük verilməsini məsləhət görürlər.

Sağlam həyat tərzi üçün düzgün qidalanma, kifayət qədər yuxu və fiziki aktivliyin vacib olduğu vurğulanır.
 
Aysel
OXŞAR XƏBƏRLƏR