“Sağlam təfəkkürü olmayan gənclərin səsi bu gün çox təəssüf ki, Suriyadan gəlir” - Rəbiyyət Aslanova

“Sağlam təfəkkürü olmayan gənclərin səsi bu gün çox təəssüf ki, Suriyadan gəlir” -  Rəbiyyət Aslanova
Bütün Xəbərlər
12:16 06.02.2014
943

Bir vaxtlar coğrafi sərhədlər anlamında başa düşülən və qəbul edilən məkan anlayışının hüdudları daha geniş mənanı kəsb etməkdədir.

Bu gün məkan heç də sərhəd anlamı mənasını daşımır.Bu, özündə informasiya məkanını, təhlükəsizlik məkanını, virtual məkanı və digər məkanları ehtiva edir.AZXEBER.COM xəbər verir ki, bu fikirləri parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova“İrəli” İctimai Birliyinin fevralın 6-da təşkil etdiyi “Gənc liderlər üçün qış universiteti”ndə çıxışı zamanı dilə gətirib.Onun qeyd etdiyinə görə, bu gün insanlar, xüsusilə, yetişməkdə olan gənc nəsil daha çox informasiya məkanı, virtual məkanla əhatə olunmaqdadır:“Hər gün müxtəlif mənbələrdən saysız-hesabsız informasiyalar əldə edir, onlarla rastlaşırıq. Bəzən qarşımıza heç də istəmədiyimiz, arzu etmədiyimiz informasiyalar çıxır. Bu isə daha çox özünü tapmaqda, dərk etməkdə olan gəncliyə ciddi təsir edir.İlk növbədə hər şey gözəl görünür, ancaq sonradan onların insan psixikasına nə dərəcədə böyük təsir etdiyi məlum olur. Ona görə gənclər informasiya məkanında özlərini itirməməli, ayıq-sayıq olmalı, yad təsirlərə düşməməyə çalışmalıdırlar”.Komitə sədri bildirib ki, bu gün informasiya təhlükəsizliyi, daha çox informasiya-psixoloji təhlükəsizliyi önəmli aktual problem olaraq qarşıda dayanır:“İnformasiya təhlükəsizliyi deyəndə hansısa bir qurum və onun üzərinə düşən funksiyalar göz önünə gəlir. Ancaq informasiya psixoloji təhlükəsizlik deyərkən daha ağrılı və ciddi məqamlar ortaya çıxır və çıxmaqdadır. Çünki insanlar informasiya təsiri altında bəzən psixoloji sarsıntılar yaşayırlar və çıxış yolu tapmaqda çətinlik çəkirlər. Onlar çox zaman psixoloqlara, psixoanalitiklərə müraciət etməyi ayıb hesab edir, bundan qaçırlar. Ancaq bu düzgün deyil, onlar bu məsələdə daha çox psixoloqlara, psixoanalitiklərə müraciət etməlidirlər”.R.Aslanova çıxışında həmçinin son zamanlar cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilən və narahatçılıq doğuran bir məsələyə, Suriyada döyüşməyə gedən və orada həlak olan azərbaycanlı gənclərlə bağlı məsələyə toxunub:“Sağlam təfəkkürü, sağlam mənəviyyatı olan gənclik nə etdiyini, nə qurub-yaratdığını yaxşı bilir və bunun ziyanı olmur.Ancaq sağlam təfəkkürü, yad təsirlər altında sağlam mənəviyyatı olmayan gəncliyin səsi bu gün Suriyadan gəlir. Bu bizim hər birimizi ağrıdır. Çünki bizim öz problemimiz var. Bizim gənclər həmin problemin həllində öz sözlərini deməlidirlər.Ona görə Azərbaycan gəncliyi öz üzərində çalışaraq yad təsirlərdən uzaq olmağa, bütün addımlarında ayıq-sayıqlıq nümayiş etdirməyə çalışmalıdır.İnformasiya bilik demək deyil. Bilik informasiya deməkdir. Bu baxımdan Azərbaycan gəncliyi, yetişməkdə olan gənc nəsil yaşadığımız informasiyalı cəmiyyətdə özünə doğru düzgün yol seçməyi, hədəfləri düzgün müəyyənləşdirməyi bacarmalıdır”.

OXŞAR XƏBƏRLƏR