SAM-ın direktoru İstanbula səfər edəcək

SAM-ın direktoru İstanbula səfər edəcək
Bütün Xəbərlər
10:38 05.12.2012
701
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru “Xəzər Forumu”-nda iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək. 
AZXEBER.COM-un verdiyi xəbərə görə, tədbir Xəzər Strateji İnstitutu tərəfindən təşkil olunacaq.
ABŞ, Avropa və Avrasiyanın bir sıra görkəmli liderlərinin iştirakı ilə keçiriləcək Forumda Xəzər regionunda enerji, enerji təhlükəsizliyi, iqtisadi və siyasi məsələlər, investisiya imkanları ətrafında müzakirələr nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR