Şamaxıda dəhşətli qəza: 1 ölü, 7 yaralı var

Şamaxıda dəhşətli qəza: 1 ölü, 7 yaralı var
SOSİAL
12:07 12.08.2017
1298

 

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakininə məxsus "VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan 8 nəfər ağır bədən xəsarətləri ilə aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onlardan 3-ün vəziyyəti daha ağır olduğu üçün onlar reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, yaralıların hamısı restoranlardan birində ofisiant işləyirlər və onlar toy mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib.

Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 8 nəfərin adı məlum olub. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Ötən gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində Şamaxı sakininə məxsus "VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.

Hadisə zamanı avtomobildə olan 8 nəfər-2003-cü il təvəllüdlü Fərhadov Əli Qubad oğlu, 2002-ci il təvəllüdlü İsgəndərov Tərlan Elman oğlu, 1994-cü il təvəllüdlü Babakişiyev Zövqani Əmralı oğlu, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu, 2002-ci il təvəllüdlü Hacıyev Rüfət Rövşən oğlu, 1995-ci il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu, 1997-ci il təvəllüdlü Sadiqov İqrar Məmmədəli oğlu, 1991-ci il təvəllüdlü Kərimov Xətai Elton oğlu ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dörd nəfərin vəziyyəti daha ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib. Şamaxı sakini, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, xəsarət alanların hamısı Şamaxı şəhərində restoranların birində ofisiant işləyirlər. Hadisə onların toy mərasimindən çıxaraq evə gedərkən baş verib. Sürücünün toyda spirtli içki qəbul etdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı