Şamaxıda sürüşmədən - 50 ev təhlükədə

Şamaxıda sürüşmədən - 50 ev təhlükədə
Bütün Xəbərlər
13:50 22.03.2012
1160
Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsinin aktivləşməsi nəticəsində daha 36 evdə çatlar əmələ gəlib. AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, kəndə yağıntının normadan artıq düşməsi səbəbindən qəzalı vəziyyətdə olan evlərin sayı artaraq 50-ə çatıb. Sakinlərin sözlərinə görə son 3-4 gündə ərazidə torpaq sürüşməsi daha da aktivləşib. Kəndin bəzi hissələri 8-10 metrədək sürüşməyə məruz qalıb. Son bir ildə qəzalı vəziyyətdə olan 14 ev isə tamamilə yararsız hala düşüb. Kənd sakini Firudin Səfərov APA-ya bildirib ki, sürüşmə sahəsi gündən-günə böyük ərazini əhatə edir: “Demək olar ki, hər gecə torpaq 1-2 metr axır. Kənd camaatı qorxu içində yaşayır. Bir ay öncəyədək 14 ev, hazırda isə 50 ev təhlükə altındadır. Evlərin hamısının divarlarında çatlar əmələ gəlib”. Kənd sakini Bayram Rəsulov da artıq bir neçə ildir, bu ərazidə torpaq sürüşməsinin mütəmadi olaraq baş verdiyini bildirib: “Bu il yağıntının çox düşməsi nəticəsində kənddə vəziyyət daha da ağırlaşıb. Sürüşmə zonasında olan torpaq çatlarının ölçüləri də artıb, sürüşmə prosesi daha böyük ərazilərə yayılıb”.
OXŞAR XƏBƏRLƏR