Sami Yusifdən afrikalılara hədiyyə

Sami Yusifdən afrikalılara hədiyyə
Bütün Xəbərlər
16:20 14.02.2012
1258
Afrikadakı insanlara həsr edilən mahnı artıq işıq üzü görüb. Tanınmış müğənni Sami Yusuf Afrika Buynuzunda 60 il ərzində ən kəskin quraqlığın nəticəsi olan qida böhranından əziyyət çəkən insanlara yardım məqsədilə Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ilə birgə “LiveFeed” kampaniyasına başlayıb. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən AZXEBER.COM-a verilən xəbərə görə, kampaniya çərçivəsində müğənninin Afrikadakı insanlara həsr etdiyi “Unudulmuş vədlər” adlı mahnısı artıq işıq üzü görüb.
OXŞAR XƏBƏRLƏR