Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Davos şəhərində Dünya iqtisadi forumu başlayıb.
Forumun mövzusu “Böyük transformasiya: yeni modellərin formalaşması”dır.Yanvarın 25-29 keçiriləcək forum çərçivəsində əsas mövzular dörd istiqamətdə müzakirə olunacaq: inkşif və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, davamlılıq və rusurslardan istifadə modelləri, sosial və texnoloxi modellər.
Tədbirin açılışında kapitalizmin gələcəyi müzakirə olunacaq. Açılış nitqi ilə Almaniyanın kansleri Angela Merkel çıxış edəcək. Ötən il analoji çıxışı Rusiya prezident Dmitri Medvedev etmişdi. Bu il isə Rusiyanın dövlət başçısı Davosa getməyəcək. Forumda “irmilik” ölkələrindən 19-unun nümayəndələri, o cümlədən, 2600 siyasətçi, iş adamı, alim, eləcə də 40 prezident və baş nazir iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 25-də İsveçrəyə işgüzar səfərə yola düşüb.
AZXEBER.COM portalı forumun Azərbaycan üçün nəticələrini öyrənmək üçün iqtisadçı-ekspert Samir Əliyevə müraciət edib. Samir Əliyev forumun bir çox ölkələr üçün əhəmiyyətli olduğunu söyləyib: “ İqtisadi prosesləri qiymətləndirmək baxımından bu forum əhəmiyyət kəsb edir. Belə ki, ildə bir dəfə ölkə başçıları bir araya gəlib, iqtisadi məsələlərə dair fikir mübadiləsi aparırlar. Əlbəttə ki, iqtisadi proseslərin arxasında da siyasət dayanır. Buna misal olaraq, bu dəfə ki iqtisadi foruma Türkiyə məlum səbəbdən qatılmayacaq. Halbuki, bu forum digər dövlətlər kimi Türkiyə üçün də əhəmiyyətlidir. Azərbaycanın isə Davos Forumunda dünya dövlətləri üçün mahiyyəti başqa məsələdir. Belə ki, neft məsələsində Avropa dövlətləri Rusiyanın asılılığından qurtulmaq istəyirlər. Bu şəraitdə onlar alternativ yollar axtarmalı olurlar ki, bu yollardan biri də Azərbaycandır”.
Gülnarə Bayramova