Samir Şərifov: Debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür

Samir Şərifov: Debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür
İQTİSADİYYAT
14:09 02.06.2023
358
Debitor borc deyəndə söhbət ondan gedir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar satınalmaları həyata keçirərək onlara göstəriləcək xidmət üzrə avans ödənişlər alırlar. Bu avans ödənişləri müqavilənin icrası zamanı geri alınır. Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağlıdır.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bağlanan müqavilələr uzunmüddətli olduğu üçün məbləğ də böyük olur: "Müqavilələr 1-3 illik layihələrlə bağlı olduğu üçün böyük məbləğdə avans ödənilir, sonra kontrakt icra olunduqca bu, artıq balanslaşdırılır. Təxminən, biz bunu dövlət büdcəsi xərclərinin 7-8%-i səviyyəsində qiymətləndiririk. Maliyyə Nazirliyi bu istiqamətdə işlər görür. Bu problemi bilirik. Tam debitor borcların aradan qaldırılması qeyri-mümkündür. Amma bunun mərhələli şəkildə aradan qaldırılması istiqamətində addımlar atılacaq”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, debitor borcların olmasını 2 əsas səbəb istisna etmir: "Bunlardan biri qurum tərəfdən idarəetmə qərarlarının vaxtında verilməməsidir. Son dövrlərdə vaxtında icra olunmayan müqavilələrin həcmi artıb. Bu yoxlamalar zamanı ortaya çıxır”.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”