Samuxda kütləvi̇ zəhərlənmə: Hadisənin ilkin səbəbi bəlli oldu

Samuxda kütləvi̇ zəhərlənmə: Hadisənin ilkin səbəbi bəlli oldu
SOSİAL
20:34 15.07.2026
192
Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər müxtəlif qidalar qəbul ediblər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Əli Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, pasiyentlər əsasən halva və südlü aş qəbul ediblər:

"Onlarda halsızlıq və ishal əlamətləri olub. Xəstəxanada pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir".
OXŞAR XƏBƏRLƏR