'Сan ay avro, can' - HEKAYƏ

KÖŞƏ
15:20 18.07.2012
2114

Rəşad Ələkbərov

Pulların söhbəti (Hekayə)

10 Avro: Salam 20 qəpik. Necəsən?

20 Qəpik: Dəmir kimi, elə sürətlə əldən - ələ gəzirəm ki, sanki Formula bir yarışıdır. Düzü bir balaca başım da hərlənir. Amma yenə də eybi yox. Dünən yaşlı bir kişi məni verdi, qarşılığında bir dondurma aldı. Fikirləşdim, dedim yəqin dondurmanı evdə rəngli kitablar oxuyan nəvəsinə alır. Kişi elə sevinirdi ki, az qalırdı əsasını əlindən atsın, evə qaça – qaça getsin. Elə duyğulandım, elə duyğulandım, gəl görəsən. Bir neçə saata ancaq özümə gələ bilmişəm. Zarafat, zarafat kişinin sevinməsində mənim də rolum olub axı. Mən olmayandan sonra, gör sevinə bilərdi. Əlbəttə yox...

Amma bir balaca şikayətim də var. Özün bilirsən axı, bizdə ammasız keçinmək olmur.

10 Avro: What’s happened?

20 Qəpik: Məsələ bundadır ki, insanlar hərdən ehtiyatsızlıq edib, məni itirirlər. Bax onda kefim pozulur. Ata – anasız, sevgi – nəvazişsiz yaşamaq nəyə lazım? L

10 Avro: Hmmm, that’s true.

20 qəpik: Əlbəttə true. Amma sənə deyim, belə hallar çox çəkmir. Kimsə məni yerdə görür, götürür, qoyur cibinə. Əyilib məni yerdən götürəndə, elə sevinclə atılıram ki, qollarına. Cibində də isti yerimdə, özümçün qəşəng xumarlanıb yatıram. Bircə o bulaşıq cib dəsmalı olmasa, lap əla olar. Amma yenə buna da şükür. Çöldə əl – ayaq altda qalmaqdansa cibdə qalmaq min dəfə yaxşıdır. Hərçənd sənə deyim elələri var ki, məni yerdə görür, heç veclərinə də almır. Keçən dəfə yekəqarın kişinin biri xarici avtomobilindən düşüb nə etsə yaxşıdır?

10 Avro: What?

20 Qəpik: Ombamdan elə təpik vurdu ki, az qaldı ürəyim ağzıma gəlsin. Hələ bu nədir ki. Zərbənin gücündən diyirlənib kanalizasiya xəttinə düşdüm. İndi bu yayın cırhacırında döz bu üfunət qoxusuna görüm necə dözürsən. Elələri ancaq sənin kimilərə qarşı mehriban olurlar ay Avro qardaş.

20 Qəpik: Bıyyy, bayaqdan ağzım qızışıb, heç səni soruşmuram. How are you avro qardaş?

10 Avro: So, so.

20 Qəpik: Niyə yaxşı yox, so so.

10 Avro: Deyim də, bilirsən ki, sizin ölkəyə gələndən başım çox çəkib. Həm də dilinizi öyrənməkdə çətinlik çəkirəm.

20 Qəpik: Nətər olur əəəə, biz sizin dilinizi öyrənə bilirik, amma siz bizim dilimizi yox?

10 Avro: Qəpik o ayrı söhbətdir, gəl qanımızı qaraltmayaq.

Qəpik: Ok

10 Avro: Sağ ol qəpik, ingilis dilində məndən yaxşı danışırsan....

Bax əvvəllər mən səni fikirləşəndə ürəyim ağrıyırdı. Deyirdim bu qəpik qardaş, sürücülərin, fəhlələrin, kirli – mazutlu, alverçilərin tərli əllərində sığınacaq tapır. Mən isə ətirli, ağappaq bulka kimi toppuş ovuclarda oluram. Amma indi görürəm ki, yanılmışam. Bu həyatda azadlıqdan gözəl nemət yox imiş. Heyif bunu gec anlamışam. Görmürsən rəngim, ruhum saralıb. Bir soruş görüm niyə saralmışam.

20 Qəpik: Soruşdum Why?

10 Avro: Çünki bu qansızlar bizi havasız, susuz seyfdə saxlayır. Düz 2 ay o dəmir seyfdə qalmışam. Ona görə də rəngim saralıb – solub.

20 Qəpik: Сan ay avro, can.

10 Avro: Dünən də yuxumu qarışdırmışam. Tərin – qanın içində yataqdan qalxmışam. Görürəm yazıq anam o dəmir seyfdə əriyib çöpə dönüb. Qışqırır ki, oğlum mənə kömət et. Mən də azad olmaq istəyirəm. Ay qəpik, məni ancaq sən anlayarsan. Nə olar gəl dua edək. Dua edək ki, anam da tezliklə azadlığa çıxsın.

20 Qəpik: Let’s pray.

10 Avro: Bəs harda pray edək?

20 Qəpik: Necə yəni harda. Aid olduğumuz yerdə. Sən kilsədə, mən məsciddə.

10 Avro: Elə isə arzu edək ki, hansısa iki mələk üzlü insan, səni məscidə, məni də kilsəyə aparacaq...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub