Sarkozi: “Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu dünyada Fransadan yaxşı heç bir dövlət anlaya bilməz”

Sarkozi: “Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu dünyada Fransadan yaxşı heç bir dövlət anlaya bilməz”
Bütün Xəbərlər
10:56 06.10.2011
1443
“Bu qədər ölümə və iztiraba səbəb olan müharibə başa çatdıqdan 17 il sonra münaqişəni həll etmək və barışıq yollarını axtarmaq vaxtı çatıb”
Bakı-APA. “İkinci dünya müharibəsindən sonra general de Qoll və kansler Adenauer sülhə nail olmaq üçün rəşadət göstərdilər. Çünki bəzən müharibəni davam etdirməkdən çox sülhə nail olmaq daha böyük cəsarət tələb edir. Əsl dövlət xadimi kimi onlar müharibədən cəmi bir neçə il sonra öz xalqlarını inandıra bildilər ki, sülhün alternativi yoxdur və tərəflər nifrətini boğmalı və sülh və əməkdaşlığa can atmalıdırlar. Siz ermənilər və azərbaycanlılar da məhz bu yolu seçməlisiniz”. APA-nın məlumatına görə, bu fikirləri Fransa prezidenti Nikola Sarkozi Ermənistanın “Mediamaks” agentliyinə müsahibəsində deyib. 
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sülh yolunu seçmək riski qarşısındadır: “Çünki status-kvonun qorunmasında təhlükəli heç nə ola bilməz. Status-kvo illüziyalar yaradır, qisasçılıq hissini qızışdırır və sülhə nail olmaq perspektivlərini hər gün daha da uzaqlaşdırır. Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu dünyada Fransadan yaxşı heç bir dövlət anlaya bilməz. Lakin bu qədər ölümə və iztiraba səbəb olan müharibə başa çatdıqdan 17 il sonra münaqişəni həll etmək və barışıq yollarını axtarmaq vaxtı çatıb. Ermənistandan sonra səfər edəcəyim Azərbaycanda da prezident Əliyevə bu sözlərimi çatdıracağam”. 
Nikola Sarkozi Avropa Birliyinin Cənubi Qafqaz regionunda rolunu dəyərləndirib: “Fransa Avropa Birliyinin Ermənistandan başlayaraq bütün region ölkələri ilə sıx əlaqələr qurmasını istəyir. Cənubi Qafqaz Avropa Birliyi üçün strateji bölgədir. Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səylərini gerçəkləşdirəcək format mövcuddur, bu, Minsk Qrupudur. Hər üç həmsədr ölkə münaqişənin hər iki tərəfində etimad doğurur və onlarla birlikdə münaqişənin nizamlanması prosesinə tam şəkildə cəlb olunublar. Lakin ilk olaraq siz ermənilər və azərbaycanlılar bu həll yolunu tapmalısınız. Biz kömək edə bilərik, amma sizin əvəzinizə sülhü bərqərar edə bilmərik”. 
Fransa prezidenti Türkiyə-Ermənistan münasibətlərinə də toxunub: “Diplomatik münasibətlərin bərpa olunması və sərhədlərin açılması haqqında protokollar böyük ümidlər doğurmuşdu. Bu gün barışıq prosesi dalana dirənib, mən buna çox təəssüf edirəm. Prezident Sərkisyan Parisdəki görüşlərimizdən biri başa çatdıqdan bir gün sonra müdriklik nümayiş etdirərək bəyan etdi ki, Türkiyə hazır olacağı təqdirdə Ermənistan bu protokolları ratifikasiya etməyə hazırdır. Ümidvaram ki, bu proses tezliklə bərpa olunacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
23:24 13.06.2025
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu
23:09 13.06.2025
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu
Zaqatalada avtomobilin vurduğu piyada ölüb
22:58 13.06.2025
Zaqatalada avtomobilin vurduğu piyada ölüb
Rusiya Ukraynaya daha 1200 hərbçinin meyitini təhvil VERDİ
22:51 13.06.2025
Rusiya Ukraynaya daha 1200 hərbçinin meyitini təhvil VERDİ
Qazaxıstan da bütün uçuşları dayandırdı
22:36 13.06.2025
Qazaxıstan da bütün uçuşları dayandırdı