Saxlanılan əcnəbilər yeməkdən imtina etdikdə görüləcək tədbirlər məlum oldu

Saxlanılan əcnəbilər yeməkdən imtina etdikdə görüləcək tədbirlər məlum oldu
DÜNYA
19:56 28.01.2025
410
Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə gündə üç dəfə yemək veriləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Miqrasiya Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır.

Mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq, zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onların Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanılması qadağandır.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayış otaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatları ilə təmin olunurlar.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəzaçəkən şəxslərə verilən paltardan fərqlənməlidir.

Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yeməkdən imtina etdikdə görüləcək tədbirlər də müəyyənləşir.

Məcəlləyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs yeməkdən imtina etdikdə, Mərkəzin rəisi və ya onu əvəz edən şəxs, həkimin iştirakı ilə bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, Mərkəzin rəisi Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün dərhal tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq izah verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.

Yeməkdən imtina eden Merkezde saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəz rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılır və ona həkim nəzarəti təyin edilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə saxlanılma rejiminin öhdəliklərindən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə bu barədə müvafiq qeyd aparılmaqla gündə üç dəfə yemək verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə, yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqdə qeyd olunur və həmin vərəq əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə edilir.

Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə, həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə Mərkəzdə saxlanılan yeməkdən imtina edən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburi qaydada qidalandırılması həyata keçirilir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yemək qəbulundan imtina etməsi onun digər Mərkəzlərə göndərilməsinə mane olmur. Mərkəzdə saxlanılan yemək qəbulundan imtina edən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin digər Mərkəzlərə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.
 
///Apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı