Saxta müəllim diplomları ilə bağlı cinayət işi başlandı

Saxta müəllim diplomları ilə bağlı cinayət işi başlandı
Bütün Xəbərlər
20:32 17.10.2011
1866
Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O qeyd edib ki, məsələ ilə bağlı Baş Prokurorluğa daxil olan müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müvafiq araşdırmalar həyata keçirilib və toplanmış material üzrə faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanılıb. E. Sultanov həmçinin bildirib ki, hazırda cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparılır.Qeyd edək ki, Azərbaycanın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92-nin diplomunun saxta olduğu müəyyənləşib. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalanı isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub.
OXŞAR XƏBƏRLƏR