Dövriyyədə olan yeni pul nişanlarını, xüsusilə də yüz manatlıq əsginasları saxta pullara oxşadanlar, onların həqiqi olmadığını iddia edənlər var.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə də xeyli məlumat paylaşılıb.
Bunlardan ikisi yeni, ikisi isə köhnə pul nişanıdır. Mərkəzi bankın mütəxəssisi Qəhrəman Paşayevin sözlərinə görə, yeni dizaynlı pul nişanlarının əvvəlki nümunələrdən müəyyən fərqlərinin olması və bəzi vətəndaşların onların mühafizə elementləri ilə kifayət qədər tanış olmaması onların həqiqiliyinə dair şübhələr yarada bilər.
Eyni problem ödəmə terminallarında da yaşanır. Mütəxəssis deyir ki, yenilənmiş pul nişanları tədavülə buraxılmazdan əvvəl Mərkəzi Bank onların bankların və bank olmayan təşkilatların istismarında olan nağd pul avadanlıqlarına tanıdılması prosesini həyata keçirir.
O da qeyd olundu ki, tədavülə buraxılmış pul nişanları ölkə ərazisində nominal dəyəri ilə bütün növ ödənişlər zamanı hökmən qəbul edilməlidir. Yeni dizaynlı pul nişanlarının əvvəlki nümunələrdən fərqləndiyinə görə qəbulundan imtina edilməsi qanunvericiliyin tələbinə ziddir.








































