AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib ki, Azərbaycanın Eurovision 2012-də çox yaxşı nəticə əldə edəcəyimizə inanır: “Birbaşa finala vəsiqəniz var. Bu da çox yaxşıdır. Çünki siz finala keçmək uğrunda mübarizə aparmayacaqsınız. Buna görə də bir qədər rahat ola bilərsiniz. Builki mahnınız da çox güclüdür”.Eurovision Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker söyləyib ki, Azərbaycan bu il də öz çıxışı ilə fəxr edə bilər. Azərbaycanın Milli Seçimləri zamanı Bakıda olduğunu qeyd edən Sietse Bakker Səbinə Babayevanın çıxışını yaxşı xatırladığını bildirib: “O, gözəl oxuyur. Düşünürəm ki, əvvəlki illərdə olduğu kimi Azərbaycan yenə də öz mahnısı ilə fəxr edə bilər. Çünki o, hər il Eurovision Mahnı Müsabiqəsinə möhtəşəm mahnılar bəxş edir”.