Gürcüstanın İctimai Televiziyası rəsmi Eurovision səhifəsində “Eurovision 2012” iştirakçıları ilə bağlı səsvermə keçirib.
AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticələrinə əsasən ölkə təmsilçisimiz Səbinə Babayevanın müsabiqədəki "When The Music Dies" mahnısının klipi builki Eurovision şou iştirakçıları arasında ən çox izlənilən video olub. Səsvermədə "ilk onluq"dakı digər ölkə təmsilçilərinin ardıcıllığı belədir: 1. Azərbaycan - Səbinə Babayeva - "When The Music Dies" 2. Gürcüstan - Anri Coxadze- "I’m a Joker" 3. İsveç - Lorin- "Euphoria" 4. Rusiya - Buranovskiye babuşki - "Party for Everybody" 5. Ukrayna - Qaytana - "Be my Guest" 6. Türkiyə - Can Bonomo - "Love Me Back" 7. Almaniya - Roman Lob - "Standing Still" 8. Yunanıstan - Elefteria Eleftheriou - "Aphrodisiac" 9. Serbiya - Zeljko Joksimovic - "Nije ljubav stvar" 10. İsveçrə - Sinplus - "Unbreakable"