Elə səfərlər var ki, hətta məzuniyyət yox, iş olsa da həmişə dincəlməyə və səyahətdən ləzzət almağa kömək edirlər. Səbinə ilə 3-4 mayda Maltaya onun qısa səfəri vaxtı məhz belə oldu.
AZXEBER.COM-a verilən məlumata görə, Maltanın paytaxtı Vallettada Azərbaycan gözəli mətbuatla, pərəstişkarlarla və qarşıdakı "Eurovision"-un iki başqa yarışçısıyla və öz yaxşı dostları - Malta müğənnisi Kurt Kalleya və türk ifaçısı Can Bonomo olə görüşdü. Amma bu yalnız başlanğıc idi, sonra məlum olduğu kimi, Səbinəni sonra maraqlı hadisələr və xoş sürprizlər gözləyirdi.
Səbinə, əsl torağay kimi, 4 mayda səhər artıq "Radio Buffest Show" radioşounun efirində idi, sonra aparıcı "TVAM-ın" səhər televiziya layihəsində iştirak etdi, kübar həyatı haqqında "Gwida Magazine" jurnalı və "Eurovision" müsabiqəsini işıqlandıran əsas veb-saytlardan biri - esctoday.com ilə görüşdü.
Vallettanın gözəlliyi və Malta sakinlərinin qonaqpərvərliyi Azərbaycan müğənnisini məftun etdi. "Maltada insanların sayəsində mən özümü evdə kimi hiss edirdim! Və Valletta sadəcə çox gözəldir! Mən heç düşünə bilmirdim ki, bu şəhər Bakıya o qədər oxşayır!".
Səbinə öz ailəsi - anası, bacılar, xalalar və əmioğlu qardaş və bacılar üçün suvenirləri seçən zaman gözlənilməz çətinliklərlə rastlaşdı – praktiki olaraq hər şeyi almaq istəyirdi!
"Mən Maltaya qayıtmaq və bu gözəl adanın ətrafında yaxtada gəzmək istəyirəm!", - Səbinə öz gizli arzusuyla bölüşdü.
Həminki gün axşam Səbinə Kurt Kalleya və Can Bonomo ila birlikdə Maltanın ən məşhur "Xarabank" televiziya şousunun efirində çıxış etdi.
Səbinənin Maltaya səyahətinin gözəl şəkilləri artıq rəsmi saytda və Facebook səhifəsində!