Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayini qəbul edib.
AZXEBER.COM daxil olan məlumata görə, görüşdə bölgədə hərbi-siyasi vəziyyət və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.