Səfər Əbiyevin Murad adlı oğlu yoxdur – AÇIQLAMA

Səfər Əbiyevin Murad adlı oğlu yoxdur – AÇIQLAMA
Bütün Xəbərlər
13:53 06.01.2015
1072
Keçmiş nazirin ailəsinə yaxın mənbə danışdı.
Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin adı ətrafında yayılan müxtəlif xəbərlər medianın gündəmini zəbt edib.
AZXEBER.COM  Modern.az-a istinadən xəbər verir ki, eks-nazirin Çexiya vətəndaşlığı alması haqda xəbərin təkzib edilməsindən sonra onun Murad Əbiyev adlı oğlunun Çexiyada malikanəsi olduğu bildirilib.
Səfər Əbiyevin ailəsinə yaxın mənbə eks-nazirlə bağlı yayılan bu xəbəri də təkzib edib.
Daha doğrusu onun Murad adlı oğlunun olmadığını bildirib.
“Bildiyim qədər Səfər Əbiyevin iki oğlu var: Ruslan və Roman. Böyük oğlu Ruslan Əbiyev vergi orqanlarında işləyir. Kiçik oğlu Roman Əbiyev isə prokurorluq sisteminin işçisidir. Ola bilsin ki, Çexiyadakı mülk nazirin Əbiyev soyadlı hansısa yaxın adamının adına qeydiyyatdadır. Amma adı qeyd olunan Murad Əbiyev onun oğlu deyil”-deyə mənbə bildirib.
OXŞAR XƏBƏRLƏR