Böyük Britaniya və Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elan olunması ilə tarixi mərhələyə yüksələrək daha da möhkəmlənib.
AZXEBER.COM xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman "X" hesabında yazıb.
"Uzunmüddətli dostluğumuza əsaslanaraq, Böyük Britaniya və Azərbaycanın iqtisadi artıma töhfə verir, innovasiyaları dəstəkləyir və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndiririk", - deyə səfir paylaşıma əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" mübadilə olunub.
🇬🇧-🇦🇿 münasibətləri Strateji Tərəfdaşlığın elan olunması ilə tarixi mərhələyə yüksələrək daha da möhkəmlənib! Uzunmüddətli dostluğumuza əsaslanaraq, 🇬🇧 & 🇦🇿-nın iqtisadi artıma töhfə verir, innovasiyaları dəstəkləyir və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndiririk 🤝 https://t.co/bgkqkgnTxR
— Duncan Norman (@DNormanFCDO) November 13, 2026











































