Səfirliyə atəş açan şəxs 18 il azadlıqdan məhrum edildi
DÜNYA
09:30 07.12.2012
1125
Bosniya və Hersoqovinanın vətəndaşı Mövlud Yaşareviç 18 ilə azadlıqdan məhrum edilib.O, 2011-ci ilin oktyabrında ABŞ-ın Sarayevodakı səfirliyinin binasına avtomatdan atəş açıb.Hökmün sərtliyinə aydınlıq gətirən hakimin fikrincə, Yaşareviç yerli polisə, səfirliyin binasına yüzdən artıq güllə atmaqla terror aksiyası törədib. Bu atəş nəticəsində bir polis və terrorçunun özü yaralanıb.İstintaqın nəticələrinə əsasən Yaşareviç bosniyalı vəhabilərdəndir. O, ABŞ-ın Əfqanıstandakı fəaliyyətinə «etiraz əlaməti» olaraq, bu cinayəti törətdiyini bildirib.Onunla əlbir olan daha iki nəfərlə bağlı yetərincə, dəlil-sübut olmadığından onlar məhkəmə zalından azad ediliblər.