“Şəhərdə bir az gəzdim, fırlandım, gəldim, təslim oldum” - VİDEO

KRİMİNAL
12:40 19.05.2020
1757

"Birinci cinayətimdə də özüm təslim olmuşdum, ikincidə də. Qaçmağın mənası yoxdur”.

Bunu Bakının "Kubinka” məhəlləsində dünyaya gələn Səməd Səmədov ARB TV-nin "Rezonans” proqramında öz həyat hekayəsini danışarkən deyib.

O bildirib ki, birinci cinayətini yeniyetmə yaşlarında törədib:

 

"Öldürdüyüm şəxs bacımın sinif yoldaşı idi. Gənclik illərim idi,  bacımgilin məktəbinə getdim. Əmək təlimi dərsi idi. Çağırdım oğlanı, çıxardım bayıra, vurdum.

İkinci cinayətim bağda oldu. Qonşularımla, yaxın uşaqlarla yığışıb bağa getdik. Alış-veriş edib bağa yeyib-içməyə gəldik. Bir nəfər də məclisimizə gəldi. Onun məclisdəki bir nəfərlə mübahisəsi yarandı.

Mən də bunu çölə çıxarıb apardım ki, yola salam. İçkili idi, getmək istəmirdi, söyüş söyürdü. Heç söyüşlərinə baxmadım, bildim ki, içkilidir. Dedim, eybi yox, sabah ayılar, söhbət edərik. Birdən o, mənə bıçaq çıxardı. Hər şey bir anda baş verdi. Bir də ayıldım ki, qonaqlar məni onun üstündən qaldırırlar. Onu yerə yıxmışdım”.



OXŞAR XƏBƏRLƏR

X Mostbet