Şəhərin mərkəzində “Bayraq aksiyası” keçiriləcək

GƏNCLİK
22:10 29.12.2011
1917
Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Bayraq aksiyası” keçirəcək.GEMI-dən AZXEBER.COM-a verilən məlumata görə, aksiya 31 dekabrda Bakının mərkəzi küçələrində baş tutacaq və aksiya saat 15:00 Xaqani küçəsində Xəqani ticarət mərkəzinin önündə başa çatacaq.Həmin gün İctimai Birliyin fəal üzvləri paytaxt sakinlərinə bayraq hədiyyə edəcəklər.Aksiya 2005-ci ildən bu gьnə kimi birliyin üzvləri tərəfindən ənənəvi olaraq həyata keçirilir.Qeyd edək ki, Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyi 2007-ci ildə bir qrup gəncin təşəbbüsü əsasında yaranıb. Təşkilat fəaliyyət göstərdiyi andan gənclərin elmi-mədəni inkişafı, intellektual səviyyəsinin inkişafı üçün bir çox proqramlar, tədbirlər keçirib. Birliyin 825-ə yaxın üzvü və 20-yə yaxın könüllüsü var. Bundan başqa, təşkilatın Şəki şəhərində regional nümayəndəliyi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR