Şəhid anası Maya Quliyeva ali məktəbə qəbul olub.
AZXEBER.COM xəbər verir ki, şəhid Xalid Hassanın anası Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.
O bundan öncə kollecdə təhsil alıb.
Şəhid anasının bu uğuru sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Xalid Mahmud oğlu Hassan - İkinci Qarabağ müharibəsində şəhid olub.
O 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonundandır.
4 noyabr 2020-ci ildə Kəlbəcər-Şuşa yolu istiqamətində, Ağdərə ərazisində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və digər medallarla təltif edilib.













































