Şəhid leytenant Səbuhi Əzizov torpağa tapşırıldı - FOTOLAR

Şəhid leytenant Səbuhi Əzizov torpağa tapşırıldı -  FOTOLAR
Bütün Xəbərlər
12:07 29.01.2014
1419
Yanvarın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində döyüş növbəsində xidməti vəzifələrini yerinə yetirərkən şücaət göstərərək şəhid olmuş leytenant Səbuhi Əzizov dünən doğulduğu Qobustan rayonunun Təkləmirzəbaba kəndində uğrunda canını qurban verdiyi Vətən torpağına əmanət edildi.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vida mərasimində Müdafiə Nazirliyi Hərbi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani gənc zabitin Vətənə xidmət peşəsinə həsr etdiyi qısa, lakin şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərindən danışaraq qeyd etdi ki, Səbuhi Əzizov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu idi.O, 2012-ci ildən cəbhə bölgəsindəki hərbi hissələrdən birində tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Ömrü yarıyolda qırılsa da, leytenant Əzizovun xatirəsi qədirbilən xalqımız və Milli Ordumuzun əsgər və zabitləri tərəfindən həmişə əziz tutulacaq, onun qisası artıqlaması ilə düşməndən alınacaq və qanı yerdə qalmayacaqdır.Sonra mərasim iştirakçılarının nəzərinə çatdırdı ki, şəhid zabitimiz Səbuhi Rüstəm oğlu Əzizov Azərbaycan Respublikası Prezidenti adından müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Heydər Piriyev şəhid zabitin vaxtilə təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisəsi professor-müəllim, zabit və kursant heyətinin də bu ağır xəbərdən sarsıldığını, lakin leytenant Əzizovun şəhidlik zirvəsinə yüksəldiyindən böyük qürur duyduqlarını, onun daim xatirələrdə yaşayacağını, tezliklə şəhidlərimizin intiqamının alınacağını, işğal altında olan tarixi torpaqlarımızdan son düşmən əsgərini geri oturtmayınca mübarizəni dayandırmayacaqlarını bəyan etdi.Şəhidin ailəsinə dərin hüzndə başsağlığı verən general zabitin ölümündən sonra layiq görüldüyü medalı onun atasına təqdim etdi.Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovçıxış edərək bütün xalqımız kimi, qobustanlıların da şəhidlərimizin intiqamını almaq, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildirdi.Vida mitinqi başa çatdıqdan sonra şəhid zabitin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə kənd qəbristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşlər altında son mənzilə uğurlandı.Məzar üzərinə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qobustan Rayon İcra Hakimiyyəti və digər təşkilatlar adından əklillər, gül dəstələri qoyuldu.Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edildi.Şəhid valideynləri -Rüstəm və Nəsibə Əzizovlar çox ağır itki olmasına baxmayaraq, oğlunun öz şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, "Vətən sağ olsun!" dedilər və vida mərasiminin yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir