Şəhid olan baş leytenantımızın qızı oldu - ölümündən iki ay sonra- FOTO

SOSİAL
14:04 08.06.2016
5656
Aprelin 5-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlunun qız övladı doğulub.
Bu haqda baş leytenantın yaxınları məlumat yayıblar. Bildiriblər ki, uşağa şəhidin arzusu olan Yağmur adı verilib.
Məlumat üçün bildirək ki, Həsənov Ziya Niyazi oğlu Bərdədə dəfn edilib. (aznews)

OXŞAR XƏBƏRLƏR