Şəhidlər Xiyabanına axın başlayıb - VİDEO

Şəhidlər Xiyabanına axın başlayıb - VİDEO
Bütün Xəbərlər
17:46 18.01.2013
1010
20 yanvar faciəsinin 23-cü ildönümünə 2 gün qaldi. Bu da o deməkdir ki, damarından Azərbaycan qanı axan hər bir kəs imkan daxilində məhz bu gün şəhid olmuş insanların xatirəsini yadd etməyə çalışacaq. Bunu artıq 23 ildir ki, özümüzə vətəndaşlıq borcu kimi qəbul edirik.Xiyabanın girəcəyində və şəhid qəbirləri üstünə qırmızı qərənfillər düzülüb. Kommunal xidmətin işçiləri isə son təmizlik işlərini görürlər. Ərazidə aparılan təmizlik işlərinə Bakının 11 rayonunun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tam heyətlə cəlb olunublar. Aldığımız məlumata görə, təmizlik işləri 10 gündür ki, başlayıb və ayın 20-ə qədər davam edəcək. Qərənfillərdən 20 yanvar hadisəsi ilə əlaqədar məşəl hazırlanıb.Həmçinin xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət “Buta” kompozisiyası da yaradılıb. Şəhidlər Xiyabanındaki daş pilitələrdən yararsız olanları yenisi ilə əvəz olunub. Şəhid qəbirləri təmizlənib, işıq dirəkləri hazır vəziyyətə gətirilib. Üzlük daşları yonulub. Xiyabanın işıq dirəklərinin ətrafında qırmızı qərənfillərdən ibarət stendlər hazırlanıb.20 yanvar faciəsinə 2 gün qalmasına baxmayaraq, artıq şəhidlərimizi ziyarət edənlərin ardı-arası kəsilmir. Əraziyə nəzarət edən şəxslərdən öyrəndik ki, Şəhidlər Xiyabanına dünəndən axın başlayıb. Ziyarətçilərin çoxunu isə orta məktəb şagirdləri və müəllimlər, siravi vətəndaşlar təşkil edir. Həmçinin xarici ölkə vəiəndaşları da şəhidlərimizi ziyarət edirlər. 20 yanvar günü isə Şəhidlər Xiyabanına ziyarətə gələnlərin normal hərkətinin təmin etmək üçün yollarda məhdudiyyət olacaq. Həmin gün insan izdihamını nəzərə alaraq polis gücləndirilmiş iş rejiminə keçəcək. Metronun 20 yanvar stansiyasında hər il oldluğu kimi anım mərasimi keçiriləcək. Həmin gün 20 yanvar stansiyasında gediş-gəliş pulsuz həyata keçiriləcək. Bütün stansiyalarda matəm musiqisi səsləndiriləcək və 12.00-da metro qatarlarının hərəkəti bir dəqiqəlik dayandırılacaq. O cümlədən bütün ölkə üzrə bir dəqiqəlik süküt elan olunacaq.
OXŞAR XƏBƏRLƏR