“Səhliyalı”dan orduya dəstək - 5000 kolbasa, 2 ton qablaşdırılmış su göndərdi

İQTİSADİYYAT
12:06 30.09.2020
1986
"Səhliyalı” müəssisəsi Azərbaycan ordusuna öz dəstəyini nümayiş etdirib.
 
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Müəssisə sentyabr ayının 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi kobud şəkildə pozması, bunun nəticəsində ordumuzun başlatdığı antiterror əməliyyatı və qazanılan uğurlara dəstək məqsədilə əsgər və zabitlərimiz üçün "Min Bərəkət, Halal Nemət” brendinə məxsus, xüsusi reseptura ilə hazırlanmış, üzərinə "Əsgər payı, satışı qadağandır!” etiketi vurulmuş 5000 ədəd (təxminən 2.5 ton) kolbasa, 2000 qutu müxtəlif adda siqaret və 2 ton qablaşdırılmış su göndərib: "Son günlər ordumuzun həyata keçirdiyi əməliyyatlar və qazanılan uğurlar hər kəs kimi bizi də qürurlandırır.
 
Düzdür, ötən gün Müdafiə Nazirliyi məlumat yayaraq qeyd etdi ki, hazırda Azərbaycan ordusunun heç bir yardıma ehtiyacı yoxdur. Ancaq biz də şirkət olaraq zabit və əsgərlərimizin qazandıqları uğurlara dəstəyimizi bu cür göstərməyi özümüzə borc bilirik. Daim həmrəy olan insanlarımızın son günlər bir-birilərinə göstərdikləri daha isti münasibət bir vətəndaş və ölkədə fəaliyyət göstərən şirkət kimi bizi də qürurlandırır.
 
Bu aksiyanı başlatmaqla digər şirkətləri də bu məsələdə aktiv olamağa səsləyirik. Qısa zamanda qələbə xəbərləri eşidəcəyimizə, qaçqın və məcburi köçkünlərimizin tezliklə öz yurd-yuvalarına qovuşacaqlarına əminliyimizi ifadə edirik”, – deyə şirkətdən qeyd edilib.
 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:39 23.10.2020

Erməni hərbçiləri fərarilik edərək mövqeləri tərk edirlər

08:38 23.10.2020

Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ

08:24 23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

22:18 22.10.2020

Əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”

22:05 22.10.2020

Şair İsmayıl Dadaşov vəfat edib

21:48 22.10.2020

“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”

21:22 22.10.2020

Putin: “İlham Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

21:16 22.10.2020

Prokurorluqdan Zəngilanda üzərinə bayrağımız sancılan bina ilə bağlı məlumat

21:15 22.10.2020

"Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"