“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video

“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video
SOSİAL
00:46 11.09.2026
101
Şəkidə iki gəncin ölümü ilə nəticələnən dəhşətli ziplayn qəzasından sonra "Şəki yaylası” istirahət mərkəzi qırılma iddiaları ilə bağlı görüntülər yayımlayıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisədən sonra səslənən ittihamlara istirahət mərkəzinin "Instagram” səhifəsində yayımlanan video vasitəsilə cavab verilib.

Görüntülərdə danışan mərkəz nümayəndəsi ziplayn xətlərində hər hansı qırılmanın olmadığını iddia edib:

"Ziplayn xətlərində qırılma yoxdur. Xətlər böyük hündürlükdən keçdiyi üçün həmin ərazidə sərt külək və burulğanlar yaranır.

Dalğalanmalar nəticəsində xətlər böyük yük altında olmasına baxmayaraq yatağından çıxıb. Lakin bu xətlər sağlam formada dəmir hissəciklərə və beton maneələrə bağlanıb.
Ziplaynın özünü kilidləmə mexanizmi var və yalnız 90 dərəcə dəyişəndən sonra açılır. Bu hadisənin necə baş verdiyi bizim üçün də qaranlıqdır. Ekstrim idman növü olduğu üçün belə bir acı təcrübə ilə ilk dəfə qarşılaşırıq”.

Mərkəz rəsmisi həmçinin əlavə edib ki, ziplaynın gəliş və gediş xətləri eyni qülləyə bərkidilib.

Daha ətraflı videoda:

OXŞAR XƏBƏRLƏR