Şəkidə Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin sözlərinə görə, “İpək yolu” 3-cü beynəlxalq festivalı iyunun 30-da başlayacaq və iyulun 4-ə qədər davam edəcək. Musiqi festivalında Gürcüstan, İran, Cənubi Koreya, Türkiyədən ansambllar iştirak edəcək. Bundan başqa, Cabbar Qaryağdı adına muğam üçlüyü, simfonik orkestr də festivala qatılacaq.