AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, rayonun Çələbixan qəsəbəsində axşam saatlarında Vüqar Barat oğlu İbadova məxsus fərdi yaşayış evində yanğın baş verib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.











































