Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var

Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
SOSİAL
09:14 01.09.2026
104
Şəkidə hoteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M.Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli hoteldə yanğın baş verib.

Yanğın nəticəsində hotelin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı tüstülənmiş otaqlardan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR