Şəkidə qəza oldu - Xəsarət alanlar var

Şəkidə qəza oldu - Xəsarət alanlar var
SOSİAL
08:50 28.08.2026
183
Şəkidə baş verən yol qəzası nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı avtomobildə olan Oğuz rayon sakinləri – 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR