Şəki şəhərində dəhşətli cinayət hadisəsi törədilib.
Şəki sakini olan 22 yaşlı V.M özündən 22 yaş böyük olan həmyerlisi R.M bıçaqlayıb. Bununla da əsəbi soyumayan V.Məmmədov onun cinsiyyət orqanını kəsib.
Ağır vəziyyətdə xəstəxanaya aparılan R.Musayevin cinsiyyət orqanının bir hissəsinin kəsildiyi məlum olub. Polis tərəfindən saxlanılan V.Məmmədov həmyerlisinin cinsiyyət orqanın kəsməyə vadar edən səbəblərə aydınlıq gətirib. Onun ifadəsindən məlum olub ki, zərərçəkmiş R.Musayev Vidadi Məmmədova cinsi əlaqədə olmaq təklif edib.
AZXEBER.COM portal faktı təsdiqləmək üçün Şəki Şəhər Polis idarəsi ilə əlaqə saxlayıb. Polis idarəsindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, hadisədən əvvəl tufeyli həyat tərzi keçirən Rasim Musayevlə rastlaşan Vidadi onu evinə aparıb. Evdə olan zaman Rasim ona cinsi əlaqədə olmaq təklif edib və hadisə baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.